Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər internetə qoşulmuş avtomobillərin populyarlaşmasını proqnozlaşdırır


“IDC”-nin ekspertləri yaxın gələcəkdə internetə qoşulmuş nəqliyyatın ("connected car") geniş yayılmasını proqnozlaşdırırlar. Gözləntilərə görə, 2019-cu ildə daxili mobil rabitə modullarına malik və ya satışdan sonra onların quraşdırılması nəzərdə tutulmuş avtomobillərin tədarük həcmi ötən illə müqayisədə 45,4% yüksələrək 51 milyonu ötəcək. Növbəti 4 ildə bu bazarın həcmi təxminən 16,8% artacaq, 2023-cü ilədək isə internetə qoşulmuş avtomobillərin tədarük həcmi 76,3 milyona yaxınlaşacaq.

 

“IDC” analitik şirkəti "qoşulmuş nəqliyyat vasitəsi" termini dedikdə mobil şəbəkəyə simsiz genişzolaqlı qoşulma imkanına malik olan minik və yük maşınlarını nəzərdə tutur. Son illərin müasir modelləri istehsal prosesində qurulmuş mobil rabitə modulları ilə birgə tədarük olunur. Daha köhnə avtomobillər üçün satışdan sonrakı quraşdırılma tətbiq edilir.

 

“IDC” analitik şirkətinin proqnozuna görə, 2023-cü ilədək dünyada istehsal edilən yeni minik avtomobil və yük maşınlarının təxminən 70%-i daxili mobil rabitə modullarına malik olacaq.

 

Emil Hüseynov






24/05/19    Çap et