Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin hərbçiləri müdaxilə təhlükəsinə görə “Windows” sistemindən imtina edəcəklər


Çin məmurları hərbçilərin kompüterlərinə “Windows” əməliyyat sisteminin quraşdırılmasından imtinaya dair qərar veriblər. Onların fikrincə, ABŞ tərəfindən müdaxilə təhlükəsi yüksəkdir. “Microsoft”un proqram təminatının əvəzinə, şəxsi əməliyyat sistemindən istifadə nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, lakin yeni əməliyyat sistemi hələ işlənib hazırlanmalıdır. Həmçinin “Windows” sistemindən “Linux”a keçid təhlükəlidir, çünki Çin məmurları “Windows”, “Linux” sistemlərinə müdaxilə üçün ABŞ-ın böyük hücum arsenalından yaxşı xəbərdardırlar.

 

İnternetdə informasiya təhlükəsizliyi üzrə yeni qrup (Internet Security Information Leadership Group) yeni əməliyyat sisteminin işlənib hazırlanması ilə məşğul olacaq. Bu qrupa Çin Kommunist Partiyası birbaşa rəhbərlik edir.

 

Emil Hüseynov






29/05/19    Çap et