ABŞ-ın Braun Universitetinin alimlərinin yaratdığı yeni robot şəkil çəkməyi və müxtəlif dillərdə yazmağı müstəqil öyrənir.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, yapon heroqlifləri ilə tanışlıqdan sonra robot sözlərin yazılış nümunələrini öyrənməklə 10 müxtəlif dildə, o cümlədən hindi, yunan və ingilis dillərində sözləri canlandırmağı öyrənib. Robot əlifba hərfi üçün xarakterik olan ştrixi harada yerləşdirməyi və sözü düzgün qurmaq üçün onları hansı ardıcıllıqla düzməyi həll etməyə kömək edən alqoritmdən istifadə edir. Sadəcə, sözün şəklinə və ya rəsm eskizinə baxan robot bütün konturları bir fasiləsiz hərəkətlə təkrarlaya bilər. Qurğu müstəqil yazmağı öyrənməyə imkan verən iki müxtəlif alqoritm modeli ilə təchiz edilib. “Qlobal” model robota konkret söz və ya simvolun yazılması üçün göndərmə nöqtəsinin mümkün yerini müəyyənləşdirməyə kömək məqsədilə şəkli tam görməyə imkan verir. Lokal model robota üzərində çalışdığı rəsmi və ya çertyoju tamamlamağa şərait yaradır.
Tədqiqatçıların sözlərinə görə, robot simvol və rəsmləri 93 faiz dəqiqliklə canlandırır. Robot həmçinin müxtəlif tip xətləri yenidən yaradır və ya kursivlə yazır. Bundan başqa, təsviri yalnız sətirlər üzərində hərəkət etməklə yaradan mürəkkəbli printerdən fərqli olaraq robot insanın şəkilçəkmə tərzindən istifadə edərək rəsmlərin surətini çıxarır. Alimlər ümid edir ki, tədqiqatın nəticələri diktə ilə yazan və ya qrafik eskizlər yaradan robotların yaradılması üçün istifadə olunacaq.
Nizam Nuriyev