Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xərçəng hüceyrələrini məhv etmək gücünə malik miniatür robotlar hazırlanıb


Yeni Cənubi Uels Universitetinin alimləri tərəfindən hazırlanmış miniatür robotlar xərçəng xəstəliyi nəticəsində zədələnmiş orqanlara cərrahi müdaxilə olmadan dərman çatdıracaqlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, belə robotların əsas özəlliyi odur ki, onlar ətraf mühitdəki şəraitdən asılı deyillər. Yeni Cənubi Uels Universitetinin həkimi Kan Lyan deyir ki, artıq mikromühərriklərin müəyyən yerdə aktiv hərəkəti üçün işıq, istilik və ya maqnit sahəsi kimi müxtəlif kənar hərəkət qüvvələrindən istifadə etdiyini bilirik. “Biz bu tədqiqatda müəyyən yerdə naviqasiya üçün kənar amillərdən istifadə etməyən mikromühərriklər hazırlamışıq. Yeni mühərriklər avtomatik naviqasiya üçün bioloji mühitin variasiyalarından istifadə edir".

 

Kan Lyan bildirib ki, miniatür robotlar xərçəng hüceyrəsinə daxil olduqda parçalanacaq ki, bu da dərmanların maksimum effektivliklə çatdırılmasına gətirib çıxaracaq.

 

Hələ ki mikrorobotlar sınaqdan keçirilir.

 

Emil Hüseynov






30/05/19    Çap et