Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” şirkəti dördnüvəli planşetlər hazırlayır
2012-ci ilin çoxnüvəli planşetlər ili olacağına şübhə yoxdur. İlk olaraq “ASUS” şirkəti, sonra isə “HTC” şirkəti fərqlənib və “Acer” şirkəti də rəqiblərdən geri qalmağı planlaşdırmır,- “HDblog” xəbər verib.
Şirkət “İCONİA Tab A510” və “A511” planşetlərini hazırlayır. Ehtimal edilir ki, qurğuların texniki xüsusiyyətləri “Acer”in indiki planşetlərindən elə də güclü fərqlənməyəcək.
“İCONİA Tab A510” modeli yalnız “Wi-Fi” modul ilə təchiz ediləcək, “A511” isə əlavə olaraq, “3G” şəbəkələrində də işləyə biləcək. Hər 2 aparat 1280x800 piksel kəskinlikli ekranla təchiz ediləcək. Proqram platforması “Android 4.0” olacaq. Planşetlərin 2012-ci ilin yanvar ayında keçiriləcək “CES 2012” sərgisində təqdim ediləcəyi gözlənilir.
15/11/11 Çap et