Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” sisteminin mətn redaktorunda kritik boşluq aşkar edilib


“Google Project Zero” layihəsinin mütəxəssisi Tevis Ormandi tərəfindən “Windows” əməliyyat sistemindəki “Notepad” mətn redaktorunda aşkar edilmiş boşluq uzaq məsafədən kodu icra etməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, mütəxəssis boşluq haqqında “Microsoft” şirkətinə informasiya verib. Ormandi sözügedən boşluq haqqında texniki təfərrüatları açıqlamayıb, yalnız onu qeyd edib ki, yaddaşın zədələnməsi ilə bağlıdır.

 

Ekspert, həmçinin bildirib ki, artıq bu boşluq üçün hazır işlək eksploit düzəldib.

 

Emil Hüseynov






31/05/19    Çap et