Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Prezidentinin “Twitter”-dəki auditoriyası 19 min nəfəri ötüb


Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter” sosial şəbəkəsindəki Azərbaycan və ingilis dillərində mikrobloqlarına daimi yazılanların sayı müvafiq olaraq 10778 və 8745 nəfər təşkil edir. Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəsmi akkauntunun auditoriyası təxminən 3 min nəfər təşkil edir – rəsmi @AzerbaijanPA bloqunda prezidentin işi və Administrasiya nümayəndələrinin iştirakı ilə keçən tədbirlər haqqında xəbərlər dərc olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi bloqu 2010-cu ilin iyulunda ictimaiyyətə təqdim olunub. Azərbaycan PA-dan ən böyük sosial şəbəkələrdən birində İlham Əliyevin personal bloqunun peyda olmasını, o cümlədən də yeni kommunikasiya formalarından istifadə etməklə, ictimaiyyətlə əlaqələrə diqqətin artması ilə izah ediblər.

Sosial şəbəkələr ən tələb olunan informasiya mübadiləsi vasitəsinə çevrilir. Hazırda azərbaycanlı siyasətçilər, şou-biznes ulduzları və ictimai xadimlər də “Twitter” şəbəkəsində qeydlər aparırlar.

Twitter – yazıların maksimal ölçüsünün 140 simvol təşkil etdiyi mikrobloqlar sistemidir. Şirkətin əsas ofisi San-Fransiskoda, Kaliforniya ştatında yerləşir.




15/11/11    Çap et