Yaponiyada uçuş üçün avtomatik qeydiyyat sistemi tətbiq ediləcək
Tokionun Narita Beynəlxalq Aeroportu 2020-ci il Yay Olimpiya Oyunları ərəfəsində baqajın təhvili, yoxlanışı və təyyarəyə minmə prosedurunun sürətləndirilməsi üçün süni intellektə malik sifətin tanınması texnologiyasını tətbiq etmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “
RIA Novosti” resursuna istinadən yazır ki, texnologiya “NEC Corp” şirkəti tərəfindən hazırlanıb. Mütəxəssislərin planına görə, reysə qeydiyyat zamanı sifətinin şəklini məlumat bazasına daxil etməyə imkan verən sərnişin insanın sifətini müəyyənləşdirərək onun şəxsiyyətini avtomatik təsdiq edən xüsusi dəhliz və avtomatlardan istifadə etməklə baqajın təhvili, yoxlanışdan keçmə və təyyarəyə minmə prosedurları üçün vaxtı xeyli azalda bilər.
Şirkət nümayəndələrinin sözlərinə görə, sistem təyyarəyə minmədən əvvəl yorucu prosedurları aradan qaldıracaq və sərnişinlər aeroportda stres olmadan vaxtlarını keçirə biləcəklər.
Sistemin tətbiqindən sonra sərnişinlər tərəfindən pasportun təqdim ediləcəyi yeganə məntəqə immiqrasiya nəzarəti olacaq.
Narita Aeroportu Yaponiyada avtomatik qeydiyyat sisteminin tətbiq ediləcəyi ilk hava limanıdır.
Nizam Nuriyev