Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ sürətli şəbəkə istifadəyə verir
ABŞ Energetika Nazirliyi bu gün rəsmi olaraq yeni “Advanced Networking İnitiative” kompyuter şəbəkəsini elan edir. Yeni şəbəkə 100 Qbit/san sürətində olan 3 superkompyuter mərkəzini birləşdirir.
Yeni şəbəkə bir sıra innovasiya texnologiyalarından istifadə edir. Bu texnologiyalar hazırda istifadə edilən ən qabaqcıl ticarət internet-şəbəkələri ilə nisbətdə 10 dəfə daha sürətli işləməyə imkan yaradır.
ABŞ Energetika Nazirliyinin katibi Stiven Çunun sözlərinə əsasən, supersürətli şəbəkənin yaradılmasına çəkilmiş xərclər 62 milyon dollar təşkil edib. Gələcəkdə belə həllər əsasında ticarət provayderlərinin işi üçün magistral internet-şəbəkələr yaratmaq planlaşdırılır.
İstehsalçılar bildiriblər ki, belə sürətli şəbəkələr operatorlara istifadə edilən fiziki kanalların sayını azaltmağa və routerlərə ehtiyacı azaltmağa imkan yaradacaq.
“Advanced Networking İnitiative” şəbəkəsi ilk mərhələdə İllinoys ştatındakı “Arqon” laboratoriyasını, Tennessi ştatındakı “Okric” laboratoriyasını və Kaliforniyadakı “Lourens” laboratoriyasını birləşdirəcək. 2012-ci ilin sonuna kimi şəbəkə Energetika Nazirliyi strukturları arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuş “Energy Sciences Network” sisteminə daxil olan bütün laboratoriya və hesablama mərkəzlərini əhatə edəcək.
ABŞ Energetika Nazirliyinin bəyanatına əsasən, şəbəkə smartfon üzrə adi “3G” əlaqədən təxminən 50000 dəfə daha sürətli işləyir.
15/11/11 Çap et