Cənubi Koreyada 8-9 QB-lıq məlumat üçün minimal “5G” paketinin qiyməti 48 dollardır.
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, Cənubi Koreyada aprelin 5-də dünyada ilk olaraq beşinci nəsil kommersiya şəbəkəsi istifadəyə verilib.
Aprelin sonunda adıçəkilən ölkədə beşinci nəsil şəbəkəsindən istifadə edən təxminən 271 min istifadəçi qeydə alınıb. Ötən həftə üzrə olan məlumata görə, ölkədə “5G” standartı üzrə istifadəçi bazasının sayı 800 mini ötüb. Bu həftə isə ölkədə “5G” mobil rabitə abunəçisinin sayının 1 milyona yaxınlaşacağı gözlənilir.
“5G” rabitə şəbəkəsi yüksəksürətli qoşulma, gecikmənin az olmasını və şəbəkəni yükləmədən çoxlu sayda qurğunun qoşulmasını təklif edir. Ancaq ilkin mərhələdə bu şəbəkələrin əhatə dairəsi və sürəti ilə bəzi problemlər mövcuddur. Həmin vaxtda operatorlar texniki çatışmazlıqların aradan qaldırılması və şəbəkənin səmərəliliyinin yüksəldilməsi üçün baza stansiyaları quraşdırmağa və proqram təminatını yeniləməyə davam edirlər.
Emil Hüseynov