"Google" şirkəti "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara virusların yerləşdirilməsi sxemi haqqında məlumat verib. Şirkətin məlumatına görə, hakerlər qurğuda reklamın yerləşdirilməsi və spam mesajların göndərilməsi üçün nəzərdə tutulmuş "Triada" proqramlarından istifadə ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Triada" virusunun yaradıcıları bu reklamın nümayişi üçün pul alıblar. "Google"dan bildirilib ki, "Triada" virusu tərəfindən istifadə edilən metodlar çox qabaqcıl və qeyri-tipikdir.
Şirkətin araşdırması nəticəsində məlum olub ki, istehsalçı smartfonlara "Android Open Source Project" ilə əlaqəli olmayan kənar tərəflərin proqram təminatını quraşdırdıqda virus quraşdırılır.
Emil Hüseynov