Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” yeni smartfonunu təqdim edib


Tayvanın “HTC” şirkəti “U19e” adlı yeni smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “HTC U19e” smartfonu tərəflər nisbəti 18:9 olan və “Full HD ” (1080x2160 piksel) təsvir ölçülü 6 düymlük ekran, 12 20 meqapiksellik ikiqat əsas kamera, 24 2 meqapiksellik ikiqat ön kamera, arxa panelə quraşdırılmış barmaq izləri skaneri ilə təchiz edilib.

 

Bundan başqa, aparat “Qualcomm Snapdragon 710” prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq (yaddaş tutumu 2 TB-dək olan “microSD” formatlı kartla artırmaq mümkündür) daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3930 milliamper/saat tutumuna malikdir.

 

“Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon 2 ədəd “SIM” kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS QLONASS”, “NFC” texnologiyalarını və “USB Type-C 3.1” portunu dəstəkləyir.

 

Emil Hüseynov






12/06/19    Çap et