“USB4” standartı hələ martda təqdim edilməsinə baxmayaraq bütün sənəd və normativlərin işlənib hazırlanmasına müəyyən qədər vaxt lazımdır. Artıq yeni standartın “Thunderbolt 3” texnologiyası əsasında hazırlandığı məlumdur. Bu səbəbdən “USB 3.2” standartı ilə müqayisədə məlumatların ötürülməsi sürəti 2 dəfə yüksələrək 40 Qb/s-yə yaxınlaşıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “USB4” standartını dəstəkləyən ilk qurğular artıq 2020-ci ilin sonuna yaxın əlçatan olacaq. Həmçinin 40 Qb/s sürətinin tam təmin edilməsinə dair söz verilib, halbuki müasir “USB Type-C” kabelləri “Thundebolt 3” vasitəsilə qoşulma vaxtı həmin sürəti dəstəkləmir.
Yeni “USB” standartı eyni anda bir neçə məlumat protokolunu dəstəkləyir, bir kabel vasitəsilə təsviri monitora, faylları kənar daşıyıcıya göndərə, həmçinin enerji toplaya bilər.
Emil Hüseynov