Çinin “Huawei” şirkəti “Hongmeng” adlı öz əməliyyat sistemini bir neçə ay ərzində istifadəyə verəcək. Bu haqda şirkətin vitse-prezidenti Endryu Uilyamson deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, indi sözügedən əməliyyat sistemi Çində sınaqdan keçirilir və yaxın vaxtlarda “Huawei” bununla bağlı öz ticarət brendini qeydiyyatdan keçirəcək.
Mayda ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətini milli təhlükəsizliyə təhdidə görə qara siyahıya daxil edib. Çin şirkətinə ABŞ istehsalçılarından texnologiya və komponent satın almaq və Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti aparmaq qadağan edilib.
Emil Hüseynov