Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Koreya təbliğatı internet vasitəsilə gücləndirir


Şimali Koreyanın əsas hökumət veb-resursunda ABŞ və Cənubi Koreyanın ünvanına tənqidi xarakterli fikirləri məşhur sosial şəbəkə saytlarında yerləşdirmək üçün piktoqramlar yaradılıb.

Koreya Xalq Demokratik Respublikası (KXDR) təbliğatı internet vasitəsilə gücləndirir. 2010-cu ilin avqust ayında yerli hakimiyyət “Twitter” xidmətində “@uriminzok” ("bizim xalqımız") adı altında qeydiyyatdan keçib; o vaxtdan bu səhifə oxucularının sayı 10 mini ötüb. Bundan başqa, Şimali Koreya “YouTube” videohostinqində kanal da açıb.

Bildirilib ki, KXDR-in hökumət saytında tənqidi fikirləri “Twitter”, “Facebook” və Cənubi Koreyanın 2 məşhur portalında – “NHN” və “Daum” yerləşdirmək üçün piktoqramlar yaradılıb. Bu, hər şeydən əvvəl tənqidi fikirləri Vaşinqton və Seulun ünvanına nəşr etmək üçün edilib. Eyni zamanda rəsmi Pxenyan vətəndaşlarının internetə girişini məhdudlaşdırır və onlara sərt şəkildə nəzarət edir.




15/11/11    Çap et