Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib


“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, messencerin 10 illiyi münasibətilə istifadəçilərə 1 terabayt pulsuz mobil trafik söz verilir, amma bunun üçün linkdə göstərilmiş ünvana keçid etmək, suallara cavab vermək və linki 30 dosta göndərmək lazımdır.

 

Antivirus şirkətindən bildirilib ki, sorğu səhifəsi altında istifadəçilərin məlumatını oğurlayan fişinq xarakterli sayt maskalanıb.

 

Məlumat üçün bildirək ki, “WhatsApp” messenceri iyunun 11-də istifadə qaydalarının pozulmasına görə istifadəçiləri məhkəməyə verəcəyi ilə hədələyib. Yeni qaydalar 2019-cu il dekabrın 7-də qüvvəyə minəcək.

 

Emil Hüseynov






18/06/19    Çap et