Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” öz kriptovalyutasını təqdim edəcək


“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Facebook Inc.” şirkəti yeni kriptovalyutanın buraxılış planını təqdim edib. Bu haqda “Bloomberg” yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Libra” adlandırılmış yeni valyutanın buraxılışı 2020-ci ilə planlaşdırılıb. Yeni kriptovalyuta “Stablecoin” kateqoriyasına aid ediləcək ki, bu da milli valyuta və qiymətli kağızlarla təmin edilməsini nəzərdə tutur. Beləliklə, “Facebook”un məqsədi “Libra” kriptovalyutasının kursunu sabit saxlamaqdır ki, onu gündəlik əməliyyatlar üçün istifadə etmək mümkün olsun.

 

“Facebook” şirkəti ümid edir ki, kriptovalyuta beynəlxalq səviyyəyə çıxa və dollara qarşı rəqabət apara biləcək.

 

Emil Hüseynov






19/06/19    Çap et