Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT xidmətlərinin həcmi 11,7 faiz artıb


Azərbaycanda yanvar-oktyabrda təşkilatlar və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 997,2 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ümumi həcmin 73,1 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, əldə edilən gəlirlərin 62,3 faizi mobil rabitə xidmətlərinin payına düşür. Bu göstərici ötən ilə nisbətdə 4,2 faiz artaraq 621,4 milyon manat təşkil edib.




16/11/11    Çap et