Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
gov.az domenində internet resursları AMEA-nın DATA-mərkəzində yerləşdiriləcək
gov.az domenində qeydiyyata alınan dövlət internet resursları Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatların emalı mərkəzində yerləşdiriləcək.
Bu, İnstitutun DATA-mərkəzinin istismara verilməsindən sonra mümkün olacaq. İlkin mərhələdə MEM-ə AMEA-nın 40-a yaxın institutunun gov.az domenində qeydiyyata alınan və dövlət təşkilatlarına xidmət üçün nəzərdə tutulan internet-resurslar keçiriləcək, gələcəkdə isə dövlət resurslarının İnstitutun DATA-mərkəzinə tam köçürülməsi nəzərdə tutulub.
İnstitutun DATA-mərkəzi ilin sonunadək istismara veriləcək. DATA-mərkəz üçün IBM şirkətinin tədarükçüsü olduğu lazımi avadanlıqlar (məlumatalrın qorunub saxlanması sistemi) artıq alınıb.
Hazırda DATA-mərkəz üçün soyutma sisteminin tədarükü gözlənilir. DATA-mərkəzin məhsuldarlığı 1,5 teraflop, operativ yaddaş həcmi - 650 qiqabayt, xarici massivi 40 terabaytdır. Massivin böyük həcmdə olması AMEA institutlarının məlumat bazalarının arxivləşdirilməsini aprmağa imkan verəcək.
16/11/11 Çap et