Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” regionlarda da bankomatlar quraşdırır


“Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Banklarla rəqabətdə geniş imkanlara malik olan müəssisə bu imkanlardan yararlanmaq məqsədilə konkret işlərə başlayıb.

Müəssisədən verilən məlumata görə, mərkəzi poçt, 33, 73, 63 və 2 saylı poçt şöbələrində qurulan bankomatların davamı olaraq regionlarda da müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Hələlik ilkin olaraq ən böyük şəhər, rayon mərkəzi və texniki imkanı olan ucqar dağ kəndləri hədəf götürülüb. Cari ilin sonunadək respublikada “Azərpoçt” MMC-yə məxsus olan 30-a qədər ATM-lərin quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabe müəssisələrinin 900-ə yaxın əməkdaşı əməkhaqlarını plastik kartlarla alır.




16/11/11    Çap et