Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” Direktorlar Şurasına biokimyaçı rəhbərlik edəcək


“Apple” Direktorlar Şurasına Stiv Cobsun ölümündən sonra Prinston Universitetinin məzunu, biokimya doktoru Artur Levinson rəhbərlik edəcək. Bu barədə “Reuters” agentliyi xəbər yayıb.

2009-cu ilin yazına qədər “Genentech” biotexniki korporasiyasına rəhbərlik etmiş Levinson 2005-ci ildən “Apple” şirkətinin Direktorlar Şurasına daxildir. “Apple” Direktorlar Şurasına, həmçinin “Walt Disney” korporasiyasının icraçı direktoru Bob Ayqer də daxildir. “Apple” dünyanın ən böyük İT şirkətidir.




16/11/11    Çap et