Çinin "Oppo" smartfon istehsalçısı internet, mobil rabitə və "Bluetooth" şəbəkələrinə qoşulmadan zəng və məlumat mübadiləsinə imkan verən "MeshTalk" texnologiyasını təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, şirkətin smartfonlarda radiotezlik rabitəsini tətbiq etməsi sayəsində "Oppo" smartfonları ratsiyanı əvəz edəcək. Yeganə fərq isə "MeshTalk" texnologiyasının əhatə dairəsinin 3 km təşkil etməsidir.
Məlumata görə, rabitə modulu qoşulmuş vəziyyətdə olan smartfonlar gözləmə rejimində 3 günədək işləyə biləcəklər. Şirkət əmindir ki, texnologiya mobil rabitə və mobil internetə çıxış imkanı olmayan, eləcə də məxfi danışıqlar aparmaq istəyən istifadəçilər üçün faydalı olacaq.
Yeni texnologiyanın "Oppo" smartfonlarında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.
Nizam Nuriyev