Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Harvardda kiberarı hazırlanıb


Harvard Universitetinin alimləri tərəfindən hazırlanmış yeni robot arını xatırladır. Bu haqda “Nature” jurnalı yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, dörd qanadlı kiçik robotun çəkisi 259 milliqram təşkil edir. Qurğu daxili günəş batareyalarının köməyi ilə enerji toplayacaq.

 

Alimlər bildiriblər ki, bundan əvvəl hazırlanmış miniatür qurğular kiberarı ilə müqayisədə ciddi işləmələr tələb edirdilər, çünki onlar kənar enerjidən istifadə etmədən uçmaq imkanına malik deyildilər. Həmçinin kiçik batareyanın quraşdırılması qurğunun çəkisini xeyli artırırdı.

 

Kiberarıya rabitə və idarəetmə sistemi quraşdırmaq planlaşdırılır.

 

Emil Hüseynov






28/06/19    Çap et