Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəsizlik məsələlərinə daha az diqqət edən şirkətlər


“Trend Micro” antivirus şirkəti III rübdə aşkar edilmiş boşluqlar haqqında hesabat dərc edib. Bu reytinqdə adətən liderlik edən “Microsoft” korporasiyası bu dəfə “Google” və “Oracle” şirkətlərinə “güzəşt”ə gedib.

Ekspertlərin sözlərinə əsasən, “Google” şirkətinin məhsullarında 82 boşluq aşkar edilib. Boşluqların əksər hissəsi “Chrome” səyyahı ilə bağlıdır.

Aşkar edilmiş boşluqların sayına görə ikinci yerdə “Oracle” şirkətidir. İyul – sentyabr aylarında şirkətin proqram həllərində 63 boşluq aşkar edilib. “Microsoft” korporasiyası 58 boşluq ilə reytinqdə birinci yerdən üçüncü yerə düşüb.

“Trend Micro” üçüncü rübdə 990 boşluq aşkar edib, halbuki ikinci rübdə onların sayı 901 olub. Aprel – iyun aylarında reytinqdə 96 boşluq ilə “Microsoft” liderlik edib.




16/11/11    Çap et