Dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim edilib
Amerikalı mühəndislər fləş yaddaş əvəzinə dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “Catalog” startapı tərəfindən keçirilmiş sınaqda entuziastlar ümumi tutumu 16 QB təşkil edən "Vikipediya"nın bütün səhifələrini DNT-nin sintetik saplarından hazırlanmış xüsusi "fləş karta" yerləşdiriblər. Yeniliyin ölçüsü analoqlarla müqayisədə kiçik olsa da, daha etibarlıdır: min il bundan əvvəl ölmüş heyvanların DNT-si bu günə kimi "oxunaqlığını" qoruyub saxlayır.
Mütəxəssislər molekulyar zondların köməyi ilə DNT ardıcıllığının istənilən hissəsindən informasiyanı oxuya bilərlər. "Diskə" yazma sürəti 4 MB/s təşkil edir, layihə müəllifləri gələcəkdə bu göstəricini 3 dəfə artırmağı və gün ərzində fləş karta 125 QB-dək məlumat yazmağı planlaşdırırlar.
Emil Hüseynov