Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” Britaniya kitabxanasının arxivini dərc edəcək
“Google” şirkəti Britaniya kitabxanasının arxivini açıq girişdə dərc edəcək.
“Google” və kitabxana arasında razılaşma tarixi XVIII əsrə və daha sonraya qoyulmuş mətnlərə aiddir. “Google” istifadəçiləri kitabxana materiallarına baxa və köçürə, həmçinin onlarda axtarış edə biləcəklər. Müəllif hüquqları qüvvədə olmayan mətnlərə pulsuz giriş imkanı veriləcək. Çünki bir çox mətn müəlliflərinin ölümündən 70 ildən çox müddət keçib.
Oxşar tərzdə “Google” artıq dünyanın müxtəlif ölkələrində 40 kitabxana ilə əməkdaşlıq edir. 1973-cü ildə yaradılmış Britaniya kitabxanasının kataloqu təxminən 150 milyon ad özündə saxlayır. Materiallar həm kağız, həm də rəqəmli formatda təqdim olunub. Britaniya kitabxanasına il ərzində milyondan çox insan baş çəkir.
20/06/11 Çap et