Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2023-cü ildə "5G”-smartfonlar bazarda çox populyar olacaq


“Canalys” şirkətinin proqnozuna görə, beşinci nəslin (5G) şəbəkələrini dəstəkləyən smartfonlar bazara yeni çıxarılmasına baxmayaraq, 4 il sonra  çox populyar olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin gözləntilərinə görə, 2023-cü ildə dünyada 800 milyon (bazarın 51,4%-i) “5G”-smartfon mövcud olacaq. Beləliklə, bu qurğular tədarük həcminə görə “4G”-modelləri geridə qoyacaq.
 
Analitiklərin proqnozuna görə, 2019-2023-cü illərdə “5G” dəstəkli telefonların qlobal tədarük həcmi 1,9 milyarda yaxınlaşacaq. Yuxarıda qeyd olunan müddətin sonuna yaxın Çin “5G” texnologiyasını dəstəkləyən qurğuların ən böyük satış bazarı olacaq.
 
ABŞ “5G”-smartfonlar üçün ikinci böyük bazar olacaq.
 
Emil Hüseynov





02/07/19    Çap et