Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bitcoin” kriptovalyutasının mayninqinə İsveçrədən çox elektrik enerji sərf olunur


“Bitcoin” kriptovalyutasının mayninqinə İsveçrədən çox, Çexiyadan bir qədər az elektrik enerjisi sərf edilir. Bu haqda Kembric Universitetinin onlayn-xidmətinə istinadən “BBC” yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni xidmətin qiymətləndirməsinə görə, İsveçrə ildə təxminən 58,46 teravatt-saat elektrik enerjisi sərf edir, halbuki “Bitcoin” kriptovalyutasının mayninqinə 58,93 teravatt-saat tələb olunur. Bu məlumat onu göstərir ki, dünya elektrik enerjisinin 0,21%-i elektron valyutanın mayninqinə sərf olunur.
 
Ekspertlər belə hesab edirlər ki, elektrik enerjisinin səmərəsiz istifadəsi hər il dünyada istifadə edilən tranzaksiyaların sayına görə effektiv deyil. Məsələn, “Bitcoin” vasitəsilə ildə yalnız 100 milyon maliyyə tranzaksiyası həyata  keçirilir, halbuki ənənəvi maliyyə sahəsində bu göstərici 500 milyarddan çoxdur.
 
Emil Hüseynov





04/07/19    Çap et