Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəbhə bölgələrində TV yayım keyfiyyəti artırılır


Cəbhəyanı ərazilərdə televiziya kanallarının yayım keyfiyyəti daim nəzarətdədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio”İB-dən verilən məlumata görə, birliyin əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində monitorinqlər aparılıb.

Monitorinqlər zamanı AzTV və “İctimai” TV-nin qəbulu və yayım keyfiyyətində problemlərin olmadığı məlum olub. Digər özəl kanallarla bağlı aparılan yoxlamalar zamanı bəzi hallarda bu kanalların qəbulunda problemlər yarandığı müəyyənləşib.

Qeyd edək ki, “Teleradio”İB cəbhə bölgələrində yayım keyfiyyətini daha da yaxşılaşdırmaq üçün Tərtər rayonunda yeni telestansiya istifadəyə verib.




16/11/11    Çap et