“Instagram”da istifadəçilərin zorbalıqdan müdafiəsi üzrə funksiyalar əlçatan olacaqistifadəyə
“Instagram” internetdə nifrət və zorbalığa qarşı mübarizə məqsədilə yeni funksiyalar istifadəyə verəcək. Bu haqda “Facebook” şirkətindən məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, “Instagram”da tətbiq olunacaq mexanizm süni intellektin köməyi ilə şərhlərdə təhqir və ədəbsiz ifadələrin mövcudluğunu müəyyənləşdirəcək.
Yolverilməz ifadə aşkar edildikdə müəllifə onu dəyişdirmək təklif ediləcək.
Həmçinin tətbiq ediləcək “Restrict” (məhdudlaşdırmaq) funksiyası istifadəçilərə öz postlarının altında başqa şərhçilərin təhqiredici yazılarını gizlətməyə imkan verəcək.
Tərtibatçılar əmindirlər ki, yeni funksiyalar zorbalıq qurbanlarına real həyatda münaqişələrdən uzaq olmağa imkan verəcək. Sözügedən funksiyalar yaxın vaxtlarda əlçatan olacaq.
Emil Hüseynov