Planşetə çevrilən “ağıllı” saat icad olunub
“IBM” şirkəti “ağıllı” qol saatı, smartfon və planşet kompüter kimi tətbiq olunan maraqlı mobil qurğu üçün patent hüququ əldə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews
www.3dnews.ru” resursuna istinadən yazır ki, ixtira üçün müraciət 2016-cı ildə edilsə də, sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında bu yaxınlarda dərc edilib.
Məlumata görə, adi vəziyyətdə qurğu “ağıllı” qol saatı kimi işləyir. Lakin bu halda korpus böyük qalınlığa malik olur. Məsələ ondadır ki, orada hər biri iki əlavə displey bölməsi ilə təchiz edilən dörd bölmə yerləşir.
Hər miniekranın ölçüsü 2 × 3 düym təşkil edir. Dörd belə modulu irəli çəkməklə istifadəçi 4 × 6 düym diaqonallı ekrana malik smartfondan istifadə edə biləcək. Belə vəziyyətdə interfeys saat rejimindən telefon rejiminə keçəcək.
Daha dörd bölməni irəli çəkən qurğu sahibi onu 8 × 6 düym diaqonallı planşetə çevirəcək. Bu halda qurğunu masa üzərinə qoymaqla onunla iki əllə işləmək mümkün olacaq.
Hazırda kağız üzərində mövcud olan texnologiyanın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.
Nizam Nuriyev