Kompakt “VAIO” noutbuku portların sayına görə rekorda imza atıb
Yaponiyanın "VAIO" şirkəti 9 porta malik 12,5 düym diaqonallı "SX12" noutbukunu təqdim edib. Qurğu üç "USB-A" portu, enerjinin doldurulması üçün bir "USB-C", "HDMI", "SD" yaddaş kartı üçün slot, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, eləcə də "RJ-45" və "VGA" çıxışları ilə təchiz olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger
www.macdigger.ru" resursuna istinadən yazır ki, noutbukun klavişləri 12 düymlük "MacBook"da olduğu kimi kənardan kənara yerləşir. Çəkisi 888 qram təşkil edən noutbukda quraşdırılan "LTE" modulu dördnüvəli "Intel Core i5" prosessoru və ya səkkizinci nəsil "Intel Core i7" ilə işləyir.
Əvvəlcə Yaponiyada satışa çıxarılacaq "VAIO SX12" noutbukunun qiyməti quraşdırılmış yaddaşın tutumundan, prosessordan və korpusun rəngindən asılı olaraq 1100-2 min dollar arasında dəyişəcək. Modelin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
Qeyd edək ki, "Sony" şirkəti ziyanla işləyən "VAIO" brendli kompüter biznesini 2014-cü ilin fevralında "Japan Industrial Partners" (JIP) fonduna satıb.
Nizam Nuriyev