Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub


İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan “Check Point” şirkəti internetdə “Agent Smith” adlı virus aşkarlayıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, məlumata görə, zərərli proqram artıq 25 milyon istifadəçini yoluxdurub. Virus quraşdırılmış proqramlara müdaxilə etdikdən sonra daha çox reklam göstərməyə başlayır. Məsələn, “WhatsApp”, “Opera Mini” və ya “Flipkart” kimi məşhur proqramlar onun qurbanları olub.
 
Qeyd edək ki, bir müddət əvvəl ekspertlər tərəfindən “Google Store” onlayn mağazasında istifadəçi məlumatlarını oğurlayan 1,3 mindən çox mobil əlavə aşkarlanıb. Mütəxəssislər ümumilikdə 88 minə yaxın proqramı tədqiq ediblər.
 
Nizam Nuriyev






11/07/19    Çap et