"Sony" şirkəti çoxlu sayda porta malik yüksək səviyyəli "USB-C" habını təqdim edib. İstehsalçının iddiasına görə, "MRW-S3" qurğusu məlumatların ötürülməsi üzrə ən yüksək sürətə (1000 Mb/s-dək) malikdir.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, qurğuda video (maksimal dəstəklənən təsvir ölçüsü – saniyədə 30 kadr sürətini dəstəkləyən 4K) üçün HDMI interfeys, enerji bloku (100 vattlıq enerjidoldurma təmin olunur) üçün "Power Delivery" texnologiyasına malik "USB-C", "USB-C" və "USB-A" (USB 3.1 2-ci nəsil) portları, həmçinin "microSD" və qabaqcıl "UHS-II" sinfinə məxsus "SD" kart oxuducuları nəzərdə tutulub.
"Sony" şirkətinin yeni həlli kompüterə "USB-C" portu vasitəsilə qoşulur.
Emil Hüseynov