4 il sonra “5G” texnologiyasını dəstəkləyən smartfonların sayı belə mobil şəbəkələrə qoşula bilməyən qurğularla müqayisədə daha çox olacaq. “Gartner” analitik şirkəti belə proqnoz verib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin gözləntilərinə görə, 2023-cü ilədək smartfon satışlarının 51%-i “5G” modellərin payına düşəcək.
Bundan əvvəl 2019-cu ildə ABŞ, Cənubi Koreya, İsveçrə, Finlandiya və Böyük Britaniyanın bir sıra şəhərlərində “5G” şəbəkəsi istifadəyə verilib. Sözügedən texnologiyanın böyük şəhərlər xaricində tətbiqi üçün operatorlara müəyyən vaxt lazımdır.
Emil Hüseynov