Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” 10 min müştərini kiberhücumlar haqqında xəbərdar edib


2018-ci ildə “Microsoft” təxminən 10 min müştəriyə onların kiberhücum təhlükəsi ilə üz-üzə olduğu və ya müxtəlif dövlətlər tərəfindən haker hücumlarına məruz qaldığı barədə məlumat verib. Bu haqda ABŞ korporasiyasının saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına  istinadən yazır ki, bu hücumların təxminən 84%-i şirkət, 16%-i isə istifadəçilərin fərdi  hesablarına qarşı həyata keçirilib.
 
“Microsoft”un iddiasına görə, haker hücumları Rusiya, İran və Şimali Koreyadan həyata keçirilib. Korporasiya kiberməkanda təcavüzkar fəaliyyətə görə Rusiyanın “Yttrium” və “Strontium” (digər adları – “Fancy Bear”, “APT28”), İranın “Holmium” və “Mercury” və Şimali Koreyanın “Thallium” qruplarının məsuliyyət daşıdığını bildirib.
 
“Microsoft” korporasiyası partiya komitələri daxil olmaqla, federal və yerli siyasi dairələrə, həmçinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına xidmət göstərən “AccountGuard” xidməti vasitəsilə təxmin edilən haker hücumları haqqında 781 xəbərdarlıq izləməyə müvəffəq olub.
 
Emil Hüseynov




20/07/19    Çap et