Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” istifadəçiləri “Android” sisteminə üstünlük verməyə başlayıblar


Vaxt ötdükcə “iPhone” sahiblərinin əksəriyyəti yeni "alma" modelinə keçiddən imtina edirlər. İstifadə olunan cihazların alınıb satılması üzrə ixtisaslaşmış ABŞ-ın “BankMyCell” şirkətinin məlumatları bunu sübut edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, şirkət 2018-ci ilin oktyabrından öz telefonlarını satışa çıxarmış 38 mindən çox insanın məlumatını toplayıb. Araşdırma zamanı məlum olub ki, köhnə cihazını yenisi ilə dəyişməyi arzu edən “Apple” istifadəçilərinin bazar payı ötən illə müqayisədə 15,2% azalıb.
 
“Galaxy S9” cihazından istifadə edən istifadəçilərin yalnız 7,7%-i “iPhone” smartfonuna keçib, 92,3%-i isə “Android” əməliyyat sisteminə üstünlük verir. Müqayisə üçün, “iPhone X” sahiblərinin 26%-i son nəticədə başqa brendə keçiblər.
 
Emil Hüseynov





20/07/19    Çap et