Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda sərnişin avtobuslarında turniket-kart ödəniş sistemi tətbiq ediləcək


Gələn ildən Nəqliyyat Nazirliyi Bakı şəhərinin sərnişin avtobuslarında turniket-kart ödəniş sisteminın tədricən tətbiqinə başlamağı planlaşdırır. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi artıq bu ilin dekabrında istismara verilməsi planlaşdırılan Bakıda nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqinin başlanması ilə əlaqəlidir. Bununla əlaqədar olaraq, nazirlik bu sistemin nəqliyyatın intellektual idarə edilməsi sistemi ilə inteqrasiyası üzrə xüsusi proqram hazırlayıb

. Nəqliyyatın intellektual idarə edilməsi çərçivəsində də Bakıda sərnişin nəqliyyatının səmərəli işini təmin etmək məqsədilə bir sıra az səmərəli avtobus marşrutlarının azaldılması planlaşdırılır.

Nəqliyyat Nazirliyi 2014-2015-ci ilə qədər Bakıdan savayı, Abşeron yarımadasını və ölkənin digər regionlarını əhatə edəcək nəqliyyatın intellektual idarə edilməsi sistemini tam istismara verməyi planlaşdırır.




17/11/11    Çap et