Alternativ enerji axtarışında olan alimlər bəzən maraqlı texnologiyalar düşünürlər. Çinli alimlər tərəfindən hazırlanmış qurğu yeriş vaxtı dizin bükülməsi nəticəsində elektrik enerjisi toplayır. Sözügedən datçik daşınan elektronika və başqa qurğular üçün mükəmməl enerji mənbəyi ola bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hazırlanmış portativ datçik ayağın diz və baldır hissələrinə quraşdırılır. Xüsusi bandaja insanın ombasında dayanan mil bərkidilir. Daha bir bandaj baldıra bərkidilir.
Milin sonluğunda yerləşdirilmiş polimer və karbon lifindən hazırlanmış zolaqlar enerji generasiya etməyə imkan verir. Yeriş sürəti 2-6,5 km/saat olduqda sistemin gücü 1,6 mkVt təşkil edir. Bu, kvadrokopterin enerji ilə doldurulması üçün azdır, lakin GPS treker və ya fitness bilərzik üçün tamamilə kifayət edir. Ən vacibi isə odur ki, saatlarla davam edən sınaqlar nəticəsində məlum olub ki, qurğunu yoxlamış könüllülər az narahatçılıq hiss ediblər.
Emil Hüseynov