Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti musiqi mağazasını təqdim edib
“Google” şirkəti “Google Music” musiqi mağazasını təqdim edib. İstifadəçilər mahnıları “Android Market” əlavəsi vasitəsilə ala biləcəklər. Los-Ancelesdə keçirilmiş təqdimatın canlı yayımı “Engadget” texnologiya bloqunda göstərilib.
“Google” nümayəndələri bildiriblər ki, 1000-dən çox musiqi şirkəti, həmçinin “EMİ Music” və “Sony Music” ilə müqavilə bağlayıblar. “Bloomberg” xəbər verib ki, istifadəçilər istənilən kompozisiyanı almazdan əvvəl onun 90 saniyəlik hissəsini dinləyə biləcəklər.
Agentlik qeyd edib ki, “Google” şirkəti öz “Android” platformasının irəliləyişi üçün musiqi və kinobiznes, həmçinin televiziya sahəsində fəallığını artırır.
17/11/11 Çap et