Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ildə virtual köməkçilərə malik qurğuların tədarükü 1,1 milyarda çatacaq


"Futuresource Consulting" tədqiqat şirkəti "Amazon Alexa", "Google Assistant", "Apple Siri" və "Samsung Bixby" kimi virtual köməkçilərə (virtual assistants, VA) malik qurğular bazarında kəskin artım proqnozlaşdırır. 2019-cu ildə belə qurğuların sayı 1 milyard səviyyəsində gözlənilir, 2023-cü ilə tədarük həcmi iki dəfədən çox artaraq 2,3 milyardı ötəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "ağıllı" qurğuların imkanları genişlənməyə davam edir və sahə artıq səslidən virtual köməkçilərə keçib. Virtual köməkçilərin funksiyaları yalnız səsli komandaların icrası ilə məhdudlaşmır, indi onlar danışığı başa düşür, kamera və ekranla təchiz edilib. Həmçinin 2019-cu ildə dəstəklənən dillər və virtual köməkçi sistemlərin dialoq qabiliyyəti üzrə irəliləmə müşahidə olunur" – "Futuresource Consulting" şirkətinin aparıcı texnoloji analitiki Saymon Forrest belə proqnoz verib.

 

Emil Hüseynov






23/07/19    Çap et