Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Komputer bizi barmaqlarımızdan tanıyacaq?
ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyi (DARPA) yeni identifikasiya metodu üzərində işləyir Bu metod istifadəçinin biometrik göstəricilərini klaviatura ilə adi iş zamanı əldə etməyə imkan verəcək.
Gizmodo bildirir ki, proqramın başlıca məqsədi hər hansı şəxsin kompüter arxasında işlədiyi zaman onu adi iş rejimini pozmamaqla identifikasiya etməkdir.
DARPA yeni metod tətbiq ediləndən sonra kompyuterin parol və ya başqa "xüsusi kəlmə"lər vasitəsilə identifikasiya metodlarından imtina etmək qərarına gəlib.
17/11/11 Çap et