Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada fırıldaqçı viruslar tərəfindən hücumlar 15% artıb


Şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşmış “SonicWall” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci yarısında dünyada fırıldaqçı virusların köməyi ilə 110,9 milyon kiberhücum həyata keçirilib. Bu göstərici ötən illə müqayisədə 15% daha çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, belə zərərverici proqramlar tez-tez bir çox ölkələrdə cinayətkarlar tərəfindən istifadə olunur. Almaniya, Hindistan və ABŞ-da 2019-cu ilin yanvar-iyun aylarında şifrləyicilər vasitəsi ilə həyata keçirilmiş hücumların sayı müvafiq olaraq 71%, 62% və 21% azalıb.

 

Emil Hüseynov






24/07/19    Çap et