Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC ”Contact”la anlaşdı


“Azərpoçt” MMC Beynəlxalq pul köçürmələri sistemi ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Müəssisənin uzun müddətdir “Contact”la apardığı danışıqlar uğurla başa çatıb. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində yaxın vaxtlarda müəssisə ”Contact” Beynəlxalq pul köçürmələri sisteminə qoşulur.

Artıq sürətli test işləri aparılır. Bundan başqa bəzi texniki məsələlər də öz həllini tapmalıdır.

Bütün bunlara baxmayaraq “Contact” pul köçürmələri sisteminin “Azərpoçt”MMC şəbəkəsində tam şəkildə tətbiqi bir neçə günə reallaşacaq. Hazırda “Zolotaya korona” və “Coinstar” pul köçürmələri sisteminə qoşulmaq üçün tərəflər arasında danışıqlar davam etdirilir.




17/11/11    Çap et