Berkli Kaliforniya Universitetinin alimləri 2011-ci ildə hazırlanan və günəş işığı istiliyinin elektrik enerjisinə çevrilməsi sayəsində pilotsuz uçan aparatın mühərrikini enerji ilə təmin edən fotoelektrik mühərriki modernləşdiriblər. Zərf ölçüsündə yüngül generator drona bir neçə gün təkrar enerji toplamadan havada qalmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tədqiqatçılar enerji elementinin faydalı iş əmsalının 23 faizdən 29 faizədək artırılmasına fotoqəbuledicinin arxa divarına güzgünü quraşdırmaqla nail olublar. O, fotonları əks etdirərək istilik mənbəyini əlavə olaraq qızdırır və günəş elementinin daxilində sıx infraqırmızı lüminessent foton qazı yaradır. Yeni materiallar birləşməsində enerji elementi konstruksiyasında sonuncunun effektivliyinin 50 faizədək artımı gözlənilir.
Perspektivdə belə sistem təkcə pilotsuz uçan aparatları deyil, həmçinin kosmik zondları və bir çox binaları elektrik enerjisi ilə təmin edə bilər.
Nizam Nuriyev