“Palo Alto Networks” şirkətinin tərkibinə daxil olan və kibertəhdidlərin təhlili ilə məşğul olan “Unit 42” bölməsi populyar “bulud” xidmətlərində 34 milyon boşluğun mövcud olması haqqında məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məsələn, “Amazon Web Services”in “Elastic Compute Cloud” sistemində 29 milyondan çox, “Google Compute Engine” və “Microsoft Azure Virtual Machine”da müvafiq olaraq 4 və 1,7 milyon boşluq aşkar edilib.
Hesabata əsasən, köhnə “Apache” serverləri və “jQuery”nin paketlərindən istifadə edilmədiyi halda problemlərin əksəriyyətini həll etmək mümkündür.
2018-ci ilin fevralından 2019-cu ilin iyununadək olan dövrdə “bulud” xidmətlərinə qarşı həyata keçirilmiş kiberhücumların 65%-i serverlərin yanlış sazlanması nəticəsində baş verib. Belə müdaxilələrin nəticəsi məlumat itkisinə səbəb olub.
Emil Hüseynov