“Google” şirkəti “Apple iMessage” proqramı ilə əlaqədar bir sıra problem aşkar edib
“Google”un tərtibatçıları “Apple” şirkətinin “iMessage” adlı messencerində 5 boşluq aşkar ediblər. Boşluqlardan biri cinayətkarlara “iPhone” qurğusundakı faylları məsafədən oxumaq imkanı yaradırdı.
“ICTnews” Elektron Xəbər Xidməti “
bbc.com” saytına istinadən yazır ki, bundan başqa, tədqiqatçıların dediyi kimi, boşluqlardan biri o qədər ciddidir ki, yoluxdurulmuş “iPhone” qurğusunu xilas etməyin yeganə üsulu onun bütün məlumatlarını silmək və dəyişdirmək, yəni qurğunu tam təmizləməkdir.
Boşluqlar 2019-cu ilin mayında “Google”un əməkdaşı Natali Silvanoviç tərəfindən aşkar edilib. Boşluq “iOS 12” və daha yeni versiyaların idarəetməsi altında işləyən qurğulara müdaxilə etməyə imkan verir. Hakerlər telefondakı bütün faylları tamamilə silmək imkanı əldə ediblər.
Başqa boşluq hakerlərə qurğudakı faylları köçürməyə imkan verir, bu halda cinayətkarlara kömək məqsədilə istifadəçidən ümumiyyətlə heç bir hərəkət tələb olunmur.
“Apple” ötən həftə aşkar edilmiş boşluqlar üçün düzəlişlər təqdim edib.
Emil Hüseynov