Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekommunikasiya və peyk şirkətləri arasında “5G” tezlikləri uğrunda mübarizə başlayıb


“GSMA” Assosiasiyası dünya telekommunikasiya sənayesi adından yüksək buraxılış qabiliyyətinə malik tezliklər spektrindən istifadənin təmin edilməsi tələbi ilə çıxış edərək kosmik şirkətləri həmin tezlikləri ələ keçirməkdə ittiham edib ki, bu da nəticədə texnologiyanın inkişafına mane ola bilər. Assosiasiya nümayəndələrinin sözlərinə görə, qeyd olunan tezliklər spektri sürətli məlumat mübadiləsi ilə seçilən “5G” servisləri tərəfindən istifadə olunmalıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 750 operator və mobil sənayenin 350 şirkətinin, o cümlədən Almaniyanın “Deutsche Telekom” operatoru və telekommunikasiya şəbəkələri sahəsində dünya lideri Çinin “Huawei” şirkətinin marağını təmsil edən assosiasiyanın çağırışı Misirdə keçiriləcək “World Radiocommunications Conference” konfransı ərəfəsində edilib. Oktyabrın 28-də işə başlayacaq konfransda millimetrlik dalğalar diapazonundan istifadə məsələsinin müzakirəsi planlaşdırılır.

 

Operatorlar tərəfindən 26 QHs və daha böyük yüksəkkeyfiyyətli tezliklər spektrindən istifadə imkanının qarşısını beşinci nəsil mobil rabitə şəbəkəsinin hava proqnozu kimi kritik əhəmiyyətli servislərin fəaliyyətinə mane olmaması üçün daha çox zəmanət almaq istəyən peyk şirkətləri ala bilər.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev






31/07/19    Çap et