Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”da reklamdan fırıldaqçılıq məqsədilə istifadə etməyə başlayıblar


İnternet fırıldaqçıları “YouTube” video hostinqində reklamın köməyi ilə qurbanlar axtarmağa başlayıblar. Bu barədə antivirus həllərinin hazırlanması üzrə ixtisaslaşmış "Kasperski Laboratoriyası" şirkətindən məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, cinayətkarlar sorğuda iştiraka görə və ya hər hansı xeyriyyə ödənişi çərçivəsində böyük pul məbləği ödənilməsi vədindən tələ kimi istifadə edirlər.

 

2019-cu ilin əvvəlindən "Kasperski Laboratoriyası"nın müdafiə həlləri yaxşı qazanc vəd edən belə fişinq xarakterli saytlara keçid məqsədilə təxminən 17 milyon cəhdin qarşısını alıb.

 

Emil Hüseynov






02/08/19    Çap et