Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DYP cərimələri poçt şöbələrində ödənilir
“Azərpoçt”MMC-nin poçt şöbələrində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tətbiq olunan bütün cərimələrin ödənilməsinə başlanılıb. “Azərpoçt”MMC-dən verilən məlumata görə, vətəndaşların rahatlığı naminə həyata keçirilən bu əməliyyat Mərkəzi Bankın Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş sistem vasitəsi ilə baş tutur.
Qeyd edək ki, cərimə ödənilən zaman sürücülük vəsiqəsinin seriyası və nömrəsi (misal: AB346672) əməliyyatçı tərəfindən sistemə daxil edilir. Əvvəllər bank şöbələrində cərimə ödəməyə məcbur olan sürücülər bankların filiallarının az olması səbəbindən əlavə problemlərlə üzləşirdilər.
“Azərpoçt” MMC-nin isə geniş poçt şəbəkəsinə malik olması onu birincinin üstələməsinə geniş imkanlar yaradıb və bu, yol polisinin cərimələrinin ödənişində də özünü göstərir.
17/11/11 Çap et